27 
Apr
2024
19:14
166
26
2493
Virtual karabakh

Rəqqasə Fatiməni məhkəməyə verdilər

27 Apr, 2024
19:14
2493

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub.

Olay.az yazır ki, sənətçi bu barədə verilişlərin birində danışıb. O bildirib ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb:

“Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Mən də dedim ki, beş-altı ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xarici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq”. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri